RU
Biləcəridə DVD-yə görə qaynını öldürdü, 16 il həbs aldı
15:27
1253

Biləcəridə DVD-yə görə qaynını öldürdü, 16 il həbs aldı

Bakı Ağır Cinayətlər məhkəməsində Yevlax rayon sakini Əfqan Yusubovun (1987-ci il təv.) CM-nin 120.2.2-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, ötən il fevralın 10-u təxminən saat 19 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindən qəsəbə sakini Vüqar Salmanov kəsilmiş-deşilmiş xəsarətlə Dəmiryol xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxil olan məlumat əsasında araşdırmaya başlayan Binəqədi RPİ 6-cı PB əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Əfqan Yusubov həmin gecə saxlanılıb və istintaqa təqdim edilib.

İstintaqla müəyyən olunub ki, hadisə qəsəbənin M.Aslanov küçəsində baş verib, orada müvvəqəti yaşayan Əfqan Yusubov və qayını Vüqar Salmanov arasında şəxsi münasibətlərin aydınlaşdırılması zəmnində mübahisə baş verib. Tərəflər arasında mübahisə DVD aparatına görə baş verib, nəticədə Əfqan üzərində gəzdirdiyi bıçaqla Vüqara zərbələr endirərək, hadisə yerindən qaçıb. Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya aparılarkən ölüb. 
Araşdırma zamanı məlum olub ki, mərhum Yevlax rayonunda polisə müqavimət göstərdiyi üçün 3 il azadlıqdan məhrum olunub və cəzası bitdiyi üçün 5 ay əvvəl azadlığa çıxıb.

Məhkəmə prosesində Əfqan Yusubov ittiham üzrə özünü qismən təqsirli hesab etməklə bildirib ki, hadisə əslində belə olmayıb. Hadisədən 3 gün əvvəl  Vüqar qohumu Şərifin DVD aparatını satdığını bildirdikdə, 0, Vüqardan həmin aparatı onun üçün almasını xahiş edib, qayını da razılaşıb. Lakin fevralın 10-da Vüqar DVD aparatını özünə götürdüyü üçün Əfqan ondan nə səbəbə bu cür hərəkət etdiyini soruşub, Salmanov isə onu söyüb və yaxşı elədiyini deyib. Yusubova da onu öz növbəsində söydüyünə görə Salmanov aşılıb-bağlanmayan bıçağı götürüb həyətə çıxarkıh, qaynanası Zenfira yaylığını yerə atıb və "Vüqar eləmə" deyib. Arvadı və anası araya girərər davanın qarşısını almalarına baxmayaraq Vüqar bir neçə dəfə ona tərəf bıçaq atıb, lakin o zərbələrdən yayınıb. Sonuncu zərbə zamanı Əfqan bıçağı Vüqarın əlindən alıb və onlar süpürləşərkən sonuncu "Əfqan, bıçaq mənə dəydi". Buna görə Yusubov əlində bıçaq təcili yardım cağırmaq üçün cölə çıxıb, bundan sonra üzü Biləcəri Dəmir Yolu stansiyasına tərəf gedib, bıçağı hara atdığını yadında çıxarıb. Orada xeyli tək oturduqdan sonra taksi ilə Binəqədi RPİ-nə gələrək, təslim olub. 

İş üzrə zərərçəkmişin hüquqi varisi Kazım Salmanov Əfqan Yusubovun dediklərinin yalan olmasını bildirib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs üzərində həmişə uzunluğu 30-35 sm. olan bıçaq olub. Hadisə vaxtı o, Əfqanı təhqir etməyib, Vüqarda bıçaq olmadığı üçün o, Əfqanın üstünə kəsici alət çıxarmayıb.

Məhkəmənin hökmü ilə Ə.Yusubov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində 16 il müddətinə azadlıqdan məhrum olunub.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ