RU
Biləsuvar sakini Bakıda parkda bıçaqlanıb
08:00
1016

Biləsuvar sakini Bakıda parkda bıçaqlanıb

Bakının Səbail rayonunda 31 yaşlı kişi bıçaqlanıb.

Hadisə Arif İsmayılov küçəsində yerləşən parkda baş verib.

Biləsuvar sakini, 1990-cı il təvəllüdlü Məmmədov Mais Şöhlət oğlu parkda gəzərkən iki nəfərin hücumuna məruz qalıb. Nəticədə onun sağrı nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ