Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. Hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.