RU
Biləsuvar sakini hündürlükdən yıxılaraq ölüb
13:50
52

Biləsuvar sakini hündürlükdən yıxılaraq ölüb

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

 Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi görərkən ölüb.

Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ