RU
Biləsuvarda mikroavtobusun vurduğu gənc 5 gün sonra ölüb
11:20
46

Biləsuvarda mikroavtobusun vurduğu gənc 5 gün sonra ölüb

Biləsuvarda mikroavtobusun vurduğu piyada 5 gün sonra ölüb.

Aprelin 8-də 1969-cu il təvəllüdlü Əliyev Tofiq Ağadədə oğlu Nəsimi kəndi ərazisində idarə etdiyi "Mercedes Benz Sprinter" markalı mikroavtobusla piyada, 2005-ci il təvəllüdlü Əkbərov Rəşad Fuad oğlunu vurub.

Nəticədə R.Əkbərov aldığı bədən xəsarətlərindən Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyada aprelin 13-də xəstəxanada ölüb.

Ötən gün faktla bağlı cinayət işi başlanaraq istintaqı aparılır.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ