Biləsuvarda qəza zamanı yaralanan motosiklet sürücüsü ölüb.
7News.Az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dekabrın 13-də Biləsuvar şəhəri ərazisində rayon sakinləri Alim Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Elşən Əbilovun idarə etdiyi "İJ" markalı motosiklet toqquşub. Nəticədə E.Əbilov və bir sərnişini xəstəxanaya yerləşdirilib. E.Əbilov dekabrın 15-də xəstəxanada ölüb.
Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.








