RU
Biləsuvarda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
10:10
58

Biləsuvarda qonşusunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov polis əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.

Bu barədə 7News.Az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Araşdırma aparılır.

00:01
İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən 7News.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Məlumata görə, münaqişə qonşular arasında baş verib.

B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

Əlavə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ