Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli evdə yanğın hadisəsi qeydə alınıb.
7news.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, 2 otaqlı evin 1 otağının tavanı 8 m2, döşəməsi 2 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Masallının Şatıroba kəndində də yanğın olub. Yanğın zamanı vətəndaşa məxsus ümumi sahəsi 224 m2 olan kürsülü, birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.








