RU
Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş - YENİLƏNİB
18:13
55

Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş - YENİLƏNİB

Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş.

Hadisə nəticəsində 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.

Məlumata görə, o, DİN-nin Biləsuvar mühafizə bölməsinin rəisi Arif Məmmədovun anasıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:33

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, 79 yaşlı qadın faciəvi şəkildə ölüb.

Hadisə şəhərin S.Rufullayev küçəsində R.Əhədova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ