Biləsuvar şəhərində Azadlıq küçəsində 13 yaşlı yeniyetmə döyülüb.
7News.Az Report-a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Poladzadə Ədhəm Fuad oğlu bir qrup şəxs tərəfindən küçədə döyülüb.
Azyaşlı müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hələlik hadisənin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








