Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, 12 yaşlı uşaq müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yeniyetmə Cərrahiyyə şöbəsində əməliyyat olub. Məlumata görə, o, yol qəzası zamanı xəsarətlər alıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır./report
7news.Az








