RU
13:13
570

"Bilik günü" hava isti olacaq PROQNOZ

Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

7news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 19-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ