RU
Bill Qeyts Epşteyn qalmaqalı ilə bağlı ifadə verdi
17:40
64

Bill Qeyts Epşteyn qalmaqalı ilə bağlı ifadə verdi

"Microsoft" şirkətinin təsisçisi, milyarder Bill Qeyts cinsi istismar və digər cinayətlərə dair ittihamları ehtiva edən "Epşteynin işi" üzrə ifadə verib.

Bu barədə 7News.Az CBS-ə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Bill Qeyts Ceffri Epşteyn cinayətləri üzrə davam edən istintaqla əlaqədar Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsində ifadə verməyə çağırılan yeddi nəfər biridir.

Xatırladaq ki, C.Epşteyn ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunub və 2019-cu ildə həbsxanada ölü tapılıb.

"Microsoft"un qurucusu Bill Qeytsin də Ceffri Epşteynlə bağlı sənədlərdə adı hallanır. O, məsələ ilə bağlı açıqlama verərək Epşteynlə görüşdüyünü etiraf edib və bu əlaqədən peşman olduğunu bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ