Dünyanın ən varlı şəxslərinin siyahısında dəyişiklik olub.
7News.Az "Forbes"ə istinadən bildirir ki, siyahıda ikinci yerdə qərarlaşan "Microsoft"un təsisçisi Bill Qeyts bir pillə geriləyərək 3-cü yerdə qərarlaşıb.
İkinci sıraya məşhur LVMH (Louis Vuitton Moet Hennessy) korporasiyasının rəhbəri 70 yaşlı Bernar Arno yüksəlib. Hazırda onun və ailəsinin sərvəti 107 milyard dollar təşkile dir.
"Forbes"in reytinqində 1-ci yerin sahibi dəyişməyib. Hələ də dünyanın ən varlı adamı 112,4 milyard dollarlıq sərvətlə "Amazon" şirkətinin rəhbəri Ceff Bezosdur.
7News.Az







