RU
Bill Qeyts Trampa yox dedi — SƏBƏB
17:56
722

Bill Qeyts Trampa yox dedi — SƏBƏB

Bill Qeyts ABŞ prezidenti Donald Trampın administrasiyasında işləməyəcək.

7news.Az xəbər verir ki, Bill ona təklif edilən elm üzrə müşavir vəzifəsindən imtina edib.

Qeyts bildirir ki, Trampla görüşdə qrip xəstəliyinı qarşı universal vaksinin hazırlanmasından söhbət gedib. İş adamı bu layihəyə 12 milyon dollar bağışlamaq niyyətində olduğunu bildirib.

Tramp layihə ilə çox maraqlanıb və 2017-ci ilin yanvar ayından boş olan vəzifəni xatırladıb.  Amma Bill Qeyts bu təklifi qəbul etməyib.

Qeyd edək ki, 2009-2017-ci illər arasında ABŞ prezidentinin elm üzrə müşaviri Con Holdren olub.
 
7news.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ