Məktəbdə müəllim işləyən bir kişi şagirdi olan 16 yaşlı qızla cinsi əlaqədə olub.Qızın bu əlaqədən uşaq dünyaya gətirməsindən sonra DNA testi keçirilərək uşağın atasının kim olması
araşdırılıb.Nəticədə isə DNA test zamanı 16 yaşlı qızın müəllimin öz qızı olduğu ortaya çıxıb.Müəllim bilmədən qızı ilə cinsi əlaqəyə girib.
Hadisə 4 il əvvəl baş versə də indi aydınlığa çıxıb.
7News.Az xarici mətbuata istinadən verdiyi məlumata görə Cənubi Afrikada müəllim işləyən Alfred Mokoena adlı kişi şagirdi olan Nonhlanhla Nxumalo adlı qızla istəyi ilə
cinsi əlaqəyə girib.
Bu əlaqədən uşaq dünyaya gəlib.Uşağın atasının kim olduğunun ortaya çıxarılması üçün DNA testi keçirilib.Nəticə isə hamını şoka salıb.
Qız müəllimin doğma qızı olub.
Bundan sonra müəllim həbs edilib və polisə bunları deyib: " O mənim yaxşı şagirdlərimdən biri idi və ona dəyər verirdim, o da məni çox istəyirdi, hər dediyimə inanırdı.İndi peşmanam"
Sağ-salamat körpə dünyaya gətirən qızın açıqlaması daha maraqlı olub: " Mən indi körpəmə necə deyəcəm ki, sənin atan öz babandır"
Hadisə 4 il əvvəl baş versə də, mətbuatda indi aydınlandırılıb.
Hələ o zaman bu hadisəni araşdıran jurnalist müəllim tərəfindən ölümcül döyülmüşdü.
Bu hadisəyə ölkə prezidenti belə qarışmışdı.








