RU
Bina sakinlərinə şad xəbər
17:18
815

Bina sakinlərinə şad xəbər

Sumqayıt şossesi, Mehdi Hüseynzadə küçəsində yerləşən AAAF2 yaşayış kompleksinin sakinləri su problemi yaşayır.

Bu səbəbdən müraciət edən sakinlər bildiriblər ki, əvvəllər də fasilələrlə gələn su artıq 3 həftədən çoxdur ki, tamam kəsilib: “3 həftədən çoxdur ki, suyumuz gəlmir. Problemlə bağlı “Azərsu”ya müraciət etdik. Şirkətdən bildirdilər ki, bina inşa olunan zaman anbar tikilməli idi. Sayğaclar quraşdırılmasa, binaya su verilməyəcək. AAAF Park yaşayış kompleksinə də müraciət etmişik. Hələ də bir iş görülməyib. Biz də son çarə olaraq mediaya müraciət etdik”.

Əməkdaşımız məsələ ilə bağlı binanın komendantı Məhərrəm Hüseynovla əlaqə saxlayıb. Komendant bildirib ki, problem 1 həftə ərzində öz həllini tapacaq: “Xətt çəkilib, sadəcə qalıb suyun birləşdirilməsi. O da bir həftə ərzində həll olunacaq”. /qafqzinfo.az

7News.Az

Bina sakinlərinə şad xəbər - 1 həftəyə su olacaq

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ