RU
Binanın qarajında 9 avtomobil yarıldı - Video + Foto
18:42
448

Binanın qarajında 9 avtomobil yarıldı - Video + Foto

Bakıda avtomobillər qarət olunub.Hadisə Xətai rayonu, Babək prospekti 92 ünvanında baş verib. Çoxmərtəbəli binanın zirzəmisindəki avtodayanacağa gecə saat 3-4 radələrində girən naməlum şəxs və ya şəxslər 9 avtomobilin şüşəsini yan tərəfdən qıraraq içərisindən əşyalar götürüblər. Oğurluq mühafizə edilən qarajda qeydə alınıb. Bu, həmin ünvanda baş verən ilk belə hadisə deyil. Bir müddət əvvəl sözügedən ünvanda yaşayan vətəndaş Ağasəməd Məmmədovun evindən qızıl-zinət əşyaları və 1000 manat pul götürülüb. Xətai Rayon Polis İdarəsi əməmkdaşları əməliyyat-axtarış tədbirləri aparırlar.//ARB TV
 
7News.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ