RU
Binə qəsəbəsində odlu silah və 2 əl qumbarası tapılıb
12:50
27

Binə qəsəbəsində odlu silah və 2 əl qumbarası tapılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikilidə silah-sursat aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı oradan 1 ədəd "Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ