RU
Binə Ticarət Mərkəzindəki dəhşətli yanğından İLK VİDEO
12:19
558

Binə Ticarət Mərkəzindəki dəhşətli yanğından İLK VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binə Ticarət mərkəzində yanğın başlayıb.

Hadisə yerində olan şahidlərdən birinin verdiyi məlumata görə, yanğın ticarət mərkəzinin 6-cı və 7-ci sırasının 4-cü korpusunda baş verib. Yanğının səbəbləri barədə heç bir məlumat verilmir.

Şahidin dediyinə görə, hazırda hadisə yerinə cəlb olunan FHN-nin Yanğından Mühafizə Xidməti yanğının qarşısını almağa çalışır.

Cebhe.info yanğın yerindən ilk videogörüntünü təqdim edir.//cebhe.info

7News.az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ