RU
Binəli Yıldırım helikopterin qəza səbəbini açıqladı
23:23
808

Binəli Yıldırım helikopterin qəza səbəbini açıqladı

Türkiyənin baş naziri Binəli Yıldırım Giresunda qəzaya uğrayan hərbi helikopterlə bağlı açıqlama verib.

 

7news.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, B.Yıldırım helikopterin hava şəraitinin pis olması səbəbindən qəzaya düşdüyünü deyib.

Baş nazir hadisə ilə bağlı baş qərargah rəisi Hulusi Akar ve Giresun Valisi Hasan Karahanı ilə telefonla danışdığı vurğulayıb.

"Yaralılar var. Həyatını itirənlərlə bağlı xəbərlər gəlir. Ölən və yaralıların say ilə bağlı hazırda dəqiq məlumat yoxdur. Amma gələn xəbərlərə görə 5 şəhidimiz var”,-deyə baş nazir qeyd edib.

Qeyd edək ki, mətbuata yayılan məlumatlara əsasən Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ