RU
Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib
10:40
650

Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.

7news.Az Sonhaberler-ə istinadla xəbər verir ki, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N.Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B.Yıldırım və N.Məmmədov Türkiyə və Azərbaycanın "İki dövlət, bir millət” anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ