RU
Binəqədi polisi 1 kq marixuana satanı yaxaladı
16:37
836

Binəqədi polisi 1 kq marixuana satanı yaxaladı

7news.az-ın məlumatına görə Binəqədirayon 5-ci polis bölməsinin əməkdaşları rayon ərazisində külli miqdarda marixuananı satmaq istəyən 1992-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Fərahim oğlunu saxlayıb. Onun əlindəki torbaya baxış keçirən polis əməkdaşları  1.2 kq çəkisində marixuana aşkar edərək götürmüşlər.

Məlumat üçün qeyd edək ki, saxlanılan şəxs 1992-ci il təvəllüdlüdür, Salyan rayon sakinidir. Hazırda onun barəsində həbs qətiimkan tədbiri seçilib.

Faktla əlaqədar qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama, daşıma və satma maddəsi ilə iş açılıb. Hazırda istintaq Mahmudov Bəxtiyar Fərahim oğlunun külli miqdarda sayılan marixuananın kimdən və hardan əldə etməsini araşdırır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ