Təxminən 2 həftə bundan öncə Binəqədi rayon 5-ci polis bölməsi əməkdaşlarının quldur bir dəstəni zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirdiklərini məlumat vermişdik.
Belə ki, 2 üzvü ələ keçirilmiş dəstənin digər üzvlərinin axtarışı isə davam etdirilirdi.
7News.Az-ın məlumatına görə, ötən gün Binəqədi rayon 5-ci polis bölməsi əməkdaşlarının bu səyləri öz nəticəsini verib. Dəstənin digər 2 üzvü də ələ keçirilib.
İbrahim və Rüstəm adlı bu gənclərin adları əsasən avtomobil şüşələrini sındırmaqda hallanırdı.
Qeyd edək ki, son dövrlər Binəqədi rayon 5-ci polis bölməsinin əməkdaşlarının ayıqlığı və operativliyi sayəsində bir çox cinayətlərin qarşısı alınmış, cəmiyyət üçün təhlükəli şəxslər zərərsizləşdirilmişdir. Bu da öz növbəsində insanların dövlətimizin təhlükəsizliyinə olan inamını artırır.








