RU
Binəqədi rayonun kollektivi Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
15:41
730

Binəqədi rayonun kollektivi Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

09 dekabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin , YAP Binəqədi rayon təşkilatının və  Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edilibdir. 
Təşkil edilmiş ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, partiyanın aktivləri, rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və Naxçıvan şəhərinə səfər etmiş məktəblilər iştirak etmişdirlər. 
Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilmiş və onlar  Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət etmiş, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olmuşdurlar.
Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilmişdir. 
 
7news.Az
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ