Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbənin 72 illiyi münasibətilə tədbir keçirilmişdir.
Çay süfrəsi ətrafında təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov, Aparatın şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, şöbə müdirinin müavini Rauf Həsənov, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Böyük Vətən Müharibəsi Veteranları (BVM) İB-nin rayon şöbəsinin sədri Telman Hətəmov və Böyük Vətən Müharibəsi iştirakçıları iştirak etmişdirlər.
Tədbirdə Böyük Vətən Müharibə Veteranları qarşısında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulamış, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs etmişdir. Natiq eyni zamanda qeyd etmişdir ki, məhz ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə gününün yenidən dövlət bayramları sırasına daxil edilmiş və bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülmüşdür.
Daha sonra çıxış edənlər Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, YAP Binəqədi rayon təşkilatının sədri, Aparatın şöbə müdiri Ramiz Göyüşov son illər ölkəmizdə əhalinin, xüsusilə də, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdılar.
Sonda tədbirdə iştirak edən Binəqədi rayonu ərazisində yaşayan Böyük Vətən Müharibəsi iştirakçıları dövlətimizin öz vətəndaşlarına göstərdiyi bu qayğının onlara mənəvi dayaq olduğunu vurğulayaraq , ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.
7News.az










