01 Aprel tarixində Binəqədi
rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə
xüsusi rəşadət göstərərək Azərbaycan Respubliasının Milli Qəhrəmanı adına layiq
görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini Aygün Əliyeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə
müdirləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi
rayon idarəsinin rəisi Novruz Rəhimov, Hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli
şəxsləri, Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən
Uluxanlı, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən məktəbəqədər və orta
təhsil, səhiyyə və digər müəssisələr, İctimai birliklər, Rayon ziyalıları,
ağsaqqalları, ictimai şuranın üzvləri, "Şahinlər” hərbi-idman komandaları, YAP
Binəqədi rayon təşkilatının fəalları və gənclər iştirak
etmişlər.
Tədbirdən öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Milli Qəhrəmanın anası Salatın Hümbətova, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Milli Qəhrəmanın abidəsi önünə gül-çiçəkləri qoymuşlar.
Sonra tədbiri açıq elan edilmiş və Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Milli Qəhrəman Fərhad Hümbətovun müəllimi, 115 saylı məktəbin direktor müavini Zahid Canayev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirmişlər. Çıxış edənlər həmçinin, Vətən uğrunda canlarını qurban vermiş oğullarımızın ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını iştirakçıların diqqətinə çatdırmışlar. Sonra çıxış edən Milli Qəhrəmanın anası Salatın Hümbətova oğlunun keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışmış, dövlətin onlara göstərdiyi diqqət və qayğını minnətdarlıqla qeyd etmişdir.
Daha sonra tədbirdə Rayon İcra Hakimiyyəti
başçısının müavini Aygün Əliyeva çıxış edərək Azərbaycanın
ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad
Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini
Vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirmişdir. Natiq şəhid ailələrinin
dövlət qayğısı ilə əhatə olunmasına diqqət çəkərək bu məsələnin möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını
bildirmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi
ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı da
RİH başçısının müavini əminliklə vurğulamışdır.
Anım tədbiri Binəqədi rayonu 26 saylı Uşaq və Gənclərin
Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin, 115
və 179 saylı orta məktəblərin şagirdlərinin ifasında "Ana əsgər gedirəm” ifasında
bədii kompozisiyaların, rayon gənci Rəşad Hacızadənin ifasında "Haray” mahnısının
təqdim edilməsi və məktəblilər tərəfindən Milli Qəhrəmanın abidəsi önünə güllərin
düzülməsi ilə yekunlaşmışdır.
Tədbirdən sonra Milli Qəhrəman Fərhad Hümbətovun anım günü ilə bağlı ehsan süfrəsi verilmişdir.
7News.az









