15 iyul tarixində Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi bələdiyyəsi Novxanı çimərliyində “Birgə yaradaq” layihəsi çərçivəsində təmizlik aksiyası həyata keçirdilər.
Aksiya çərçivəsində Binəqədi rayonu, 272 saylı körpələr-evi uşaq bağçasının balaca fidanları tərəfindən Novxanı qəsəbəsində yerləşən çimərlikdə təmizlik işləri aparılmış və ətrafa atılmış tullantılar təmizlənmişdir.
Məlumat üçün bildirək ki, bu aksiyanın daha geniş tərkibdə ikinci mərhələsinın də keçirilməsi nəzərdə tutulmuşdur. Bütün bu aksiyaların təşkil edilməsində əsas məqsəd balacaların vasitəsilə insanlara ətrafımızın təmizliyinə riayət edilməsi o cümlədən, “Təmiz ətraf, təmiz mühit” devizini çatdırmaqdır.
Keçirilən aksiyada balaca fidanlarımızı Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, sədr müavini Sabir Həsənov və bağçanın müəllimələri müşayət etmişdirlər.
7News.Az























