Binəqədi rayonunda anbarda yanğın olub.
7News.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 400 m² olan anbarın içərisinə yığılmış mebellər 100 m² sahədə yanıb.
Anbarın içərisinə yığılmış mebellərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
7News.az







