RU
Binəqədidə avtomobil qəzası: Xəsarət alan var
12:20
380

Binəqədidə avtomobil qəzası: Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1969-cu il təvəllüdlü Qurbanov Əfqan Əli oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün və sol ayağının sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ