7News.az informasiya portalının məlumatına görə bu gün səhər saatlarında Binəqədi rayonunun hərəkətli avtomobil yollarından birincə çökmə hadisəsi qeydə alınıb.
Hadisə yerində olan 7News.az saytının əməkdaşı hadisənin axşam saatlarında baş verdiyini dəqiqləşdirib. İlkin ehtimala görə hadisə yolun asvalt döşəməsinin keyfiyyətsiz vurulması və yolun çökmə qabiliyyətinin düzgün qiymətləndirilməməsi səbəbindən baş verib. Ehtimal olunur ki, çökmə ərazisi genişlənəcək. Aidiyyatı qurumların 2-3 rəsmisi hadisə yerində yarım saatlıq göründükdən sonra oranı tərk ediblər.
Qeyd edək ki, hadisə Cəfər Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişdiyini (LukOil yanacaqdoldurma məntəqəsinin yanı) yerdə baş verib.
Hadisə yerindən özəl fotoları təqdim edirik:
7News.az













