RU
Binəqədidə çoxmərtəbəli binada yanğın olub
09:28
902

Binəqədidə çoxmərtəbəli binada yanğın olub

FHN məlumat yaydı.

Bakıda binada yanğın hadisəsi qeydə alınıb.

7news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı binada yaşayan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ