RU
Binəqədidə  “Ekologiyamıza balacalarımızla birgə baxış” adlı ekoloji məşğələ keçirildi
13:24
953

Binəqədidə “Ekologiyamıza balacalarımızla birgə baxış” adlı ekoloji məşğələ keçirildi


        02 sentyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və ASAN könüllüləri tərəfindən irəli sürülmüş "Yaşıl ASAN" təşəbbüsü ilə  Binəqədi rayonu  158 saylı körpələr – evi uşaq bağçasında  5 saylı Bakı "ASAN xidmət” mərkəzinin K-55 "Ekologiya” könüllü qrupunun təqdimatında "Ekologiya nədir" adlı təlimi keçirilmişdir. 
   Keçirilən təlimdə məktəbəqədər hazırlıq qruplarına "ekologiya nədir”, "ekoloji sfera”, "ekologiyanın insan sağlamlığında rolu” ilə bağlı məlumat verilmişdir. 
   Təlim məşğələrindən sonra uşaqlarla birlikdə bağçanın həyətində təmizlik aksiyası keçirilmişdir.
7news.Az
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ