Bakının Binəqədi rayonunda (bir dam altında tikilmiş, 2 mənzildən ibarət) vətəndaşlara məxsus, ümumi sahəsi 142 m2 olan mənzillərin yanar konstruksiyaları və dam örtüyü 40 m2 sahədə, digər vətəndaşa məxsus 160 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 70 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, evlərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.Az








