RU
Binəqədidə iki meyit tapılıb
17:55
1538

Binəqədidə iki meyit tapılıb

Faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.

Bakının Binəqədi rayonunda iki kişi meyiti tapılıb.

Rayonun Ə.Naxçıvani küçəsi, ev 24 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Azad Vəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Oxşar hadisə Binəqədi rayonunun 28 May qəsəbəsində də qeydə alınıb. Həmin qəsəbədə Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Ədalət Heybətovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.

Hər iki faktla bağlı rayon prokurorluğunda istintaq aparılır./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ