RU
Binəqədidə məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanıb
11:00
148

Binəqədidə məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanıb

Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, binanın damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ