Rusiyanın Leninqrad vilayətində fərdi evlərin birində yanğın baş verib.
7News.Az "İnterfaks” –a istinadən xəbər verir ki, hadisə Ulyanovka qəsəbəsində qeydə alınıb.
Yanğın söndürüldükdən sonra hadisə yerində bir kişi, bir qadın, həmçinin 5, 10 və 12 yaşlı üç uşağın yanmış meyiti aşkarlanıb.
Yanğının səbəbləri araşdırılır.








