İllər öncə, 1985-ci ildə "National Geographic” jurnalının üz qabığındakı fotosu ilə bütün dünyada "Əfqan qızı” kimi məşhurlaşan Şərbət Gula ilk dəfə mətbuata açıqlama verib.
7News.az xəbər verir ki, foto çəkiləndə 10 yaşı olan "Əfqan qızı” daha sonralar saxta sənədlərlə Pakistana gedib. Yaşamaq icazısi almaq istədiyi zaman sənədlərin saxta olduğu üzə çıxıb və geri qaytarılıb.
Fotonun çəkildiyi gündən keçən müddətdə mətbuatdan qaçan Ş.Gula BBC-yə ilk dəfə açıqlama verib. Pakistanda 15 gün həbsdə olduğunu və 35 ildən sonra Əfqanıstana geri döndüyünü deyib.
"O fotonun mənə xeyirdən daha çox ziyanı oldu. Məni məşhurlaşdırdı, amma eyni zamanda həbsimə səbəb oldu. Amma o qədər problemdən sonra insanlara pulsuz tibbi yardım edə biləcək bir qurum yaratmaq istəyirəm. Əvvəllər fotonun mənə gətirdiyi məşhurluğu, mətbuatı sevmirdim. Amma indi o fotodan gələn pulla dul və yetim qalan bir çox insana kömək edirəm. Mən bundan qürur duyuram”,- deyə "Əfqan qızı” vurğulayıb.//cebhe.info
7News.az


















