Bir dolların üstündə qocanı VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR - VİDEO
ABŞ-ın Nyu York şəhərində yaşlı kişini vəhşicəsinə döyərək cəmi bir dollarını oğurlayıblar.
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Fox News" yazır.
Dekabrın 24-də baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.
Belə ki, 60 və 29 yaşlı iki nəfər küçə ilə gedərkən bir neçə soyğunçunun hücumuna məruz qalıblar.
Cinayətkarlar ilk öncə pul tələb edib, sonra isə hər ikisini döyməyə başlayıblar. Hadisə nəticəsində ağır xəsarətlər alan yaşlı kişinin cibində cəmi 1 dollar olub. Cinayətkarlar həmin pulu götürüb hadisə yerindən uzaqlaşıblar.
Digər zərərçəkmiş şəxsin tibbi yardıma ehtiyacı olmayıb.