RU
“Bir düşmən bundan artıq sındırıla bilməz!” – DEPUTAT
21:23
184

“Bir düşmən bundan artıq sındırıla bilməz!” – DEPUTAT

"Radikal müxalifətdəki ünsürlər, siyasətimizin üz qaraları indi də başlayıblar ki, biz əgər Fransa ilə düşməniksə, o zaman Prezidentlər Tiranada niyə elə danışıb-gülürdülər?
Yenə anlamırlar! Ya da absurdca, əbləhcə, həyasızca anlamazdan keçirlər. Ki, əgər bir Lider qalibdirsə, Qarabağ son santimetrinə qədər geri qaytarılıbsa, Fransa- Ermənistan cütlüyü hər cəbhədə məğlubiyyətə uğradılıbsa, hətta Kaledoniya əhalisinin belə son ümid yeri Azərbaycandırsa və.....bütün bunlardan sonra Makron İlham Əliyevin xoşuna gəlmək, gözünə girmək üçün dəridən-qabıqdan çıxırsa, içindəki kin və küdurətə rəğmən zarafat eləməyə məhkumdursa – bizim üçün bundan böyük qələbə ola bilməz! Bir düşmən bundan artıq sındırıla bilməz!” - 7 NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"İlham Əliyev tarix yazır. Qızıl hərflərlə! Bütün dünya anladı, etiraf etdi bunu.
Siz də anlayın nəhayət, ay radikallar, ay qaragüruh yığını!
Anlayın ki, biz ukraynalının da günündə ola bilərdik, iraqlının da, suriyalının da, əfqanın da. Amma olmadıq. Heydər Əliyevə, İlham Əliyevə görə olmadıq. Yəni, bəxtəbəxt deyil, məhz bu böyük KİŞİLƏRİN zəhməti hesabına, müdrikliyi sayəsində - olmadıq! – deyə Partiya sədri fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ