Ermənistan Apellyasiya Məhkəməsi rusiyalı hərbçi Valeri Permyakovun ömürlük həbs cəzası alması haqqında hökmü dəyişməyib.
7News.az xəbər verir ki, bu haqda Rusiyanın "İnterfaks” agentliyi bildirib.
Qeyd edək ki, zərərçəkənlərin qanuni varisləri iki şikayət vermişdilər. Onlar hesab edirlər ki, cinayət tamamilə açılmayıb. Bildirilir ki, cinayəti Permyakov tək törətməyib. Bundan başqa, qanuni varislər 450 min avro məbləğində kompensasiya tələb edirdilər.
Xatırladaq ki, rus hərbçisi 2012-ci il yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin yeddi üzvünu, həmçinin iki azyaşlı uşağı öldürüb. Avqustun 23-də Gümrü məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib.
7News.az








