RU
Bir fotoyla məşhurlaşan müəllimə - Aztelekom MMC-dən hədiyyə
13:08
2523

Bir fotoyla məşhurlaşan müəllimə - Aztelekom MMC-dən hədiyyə

Sosial şəbəkələrin və mediada məşhurlaşan Yardımlı rayonu Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmova noutbuk hədiyyə edilib.

 

Yardımlı rayon Mərkəzi kitabxanasının əməkdaşı Sakit Ziyadovun BakiPost.az-a verdiyi məlumata görə, noutbuk Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərən Aztelekom MMC tərəfindən verilib. Bundan əlavə, N. Məhərrəmova modem də hədiyyə edilib.


Hədiyyəni təqdim edən Aztelekom MMC-nin nümayəndəsi Elcin Cabbarov bildirib ki, bir illik internet paketi də Nəcəf müəllimə verilən hədiyyələr sırasındadır.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ