RU
Bir fotunun tarixçəsi -
12:12
605

Bir fotunun tarixçəsi - "Facebook" həyatını dəyişdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çikaqo şəhərində yaşayan və küçədə dondurma satmaqla pul qazanmağa çalışan Fidensio Sançezin həyatı "Facebook” da paylaşılan foto ilə dəyişib.

Servantez Makias adlı şəxs, 89 yaşlı qocanın şəklini sosial şəbəkədə paylaşaraq, onun üçün yardım kampaniyası başladıb. Nəticədə cəmi bir həftə ərzində qoca üçün 379 min dollar vəsait toplanıb. Qarşıdakı günlərdə bu rəqəmin daha da artacağı gözlənilir. Qısa müddət ərzində məhşurlaşan qoca barədə dünyanın nüfuzlu kanalları da reportaj hazırlayıb.

Qeyd edək ki, bir müddət əvvəl qızını itirən Sançez küçə ticarəti ilə məşğul olur. O, xəstə həyat yoldaşı və nəvələrinə baxır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ