Bu gecə Xırdalanda yerləşən Abşeron Gənclər Şəhərciyində 3 mağazada oğurluq hadisə baş verib.
7News.az bildirir ki, sakinlərin verdiyi məlumata görə, şəhərcikdə olan ət dükanı, meyvə tərəvəz , uşaq oyuncaqları satan mağazada oğurluq olub. Ümumilikdə 500 manat ziyan dəyib.
Sakinlərin dediyinə görə, bu oğurluq hadisələri artıq şəhərcikdə mütəmadi hal alıb. Bir neçə gün bundan əvvəl isə "Nur" ərzaq mağazası yarılıb. Bununla bağlı müvafiq hüquq-mühafizə orqanlarına məlumat veriblər./lent.az








