Nigeriyanın müxtəlif regionlarında törədilən terror aktları nəticəsində son bir sutka ərzində 49 nəfər qətlə yetirilib, onlarla insan xəsarət alıb.
Kan şəhərində iki qadın-kamikadze 15 nəfərin ölümünə səbəb olub. Azı 53 nəfər yaralanıb.
Daha bir terror aktı ölkənin şimal-şərqindəki Yola şəhərində törədilib. Nəticədə 34 nəfər ölüb, 80 insan xəsarət alıb.
Ölkə rəsmiləri hesab edir ki, terror aktları "Boko Haram" qruplaşmasının təlimatı ilə həyata keçirilib./report
7news.az








