Son 7 gün ərzində Ukraynadan qonşu ölkələrə gedən sakinlərin sayı 1 milyon nəfər təşkil edib.
7News.Az xəbər verir ki, bu barədə məlumatı BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi öz rəsmi tviter hesabında açıqlayıb.
"Cəmi yeddi gün ərzində Ukraynadan bir milyon qaçqının qonşu ölkələrə getməsinin şahidi olduq”, - deyə Qrandi qeyd edib.








