Sloveniyada 22 yaşlı Yuliya Adlesiç bir milyon avrodan çox sığorta almaq üçün qolunu mişarla kəsib.

7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "ABC News" yazır.
Belə ki, bu şok planı o, sevgilisiylə birgə 2019-cu ildə qurub və sığorta arzusuyla sol əlini biləkdən yuxarı kəsməyə razılaşıb.

Dərhal xəstəxanaya yerləşdirilən qız ağaç kəsərkən xəsarət aldığını deyib. Yuliyanın əlilliyini bərpaolunmaz etmək üçün cütlük kəsilən əli özləriylə xəstəxanaya aparmayıb.

Hadisədən bir il öncə isə Yuliya beş sığorta şirkəti ilə müqavilə imzayıb.
Sığortanın yarısını o, dərhal, qalanını isə aylıq ödənişlərlə alacaqdı, lakin prokurorluq hadisədən bir neçə gün öncə Yuliyanın sevgilisinin süni əllərin necə işlədiyi barədə internetdə axtarış etdiyini öyrənərək hadisənin qəsdən törədildiyini iddia edib.

Məhkəmədə qız bildirib ki, əlini bilərəkdən heç vaxt kəsməzdi:
"Heç kim şikəst olmaq istəməz. Gəncliyim məhv oldu. 20 yaşımda əlimi itirdim. Bunun necə baş verdiyini yalnız mən bilirəm".
Məhkəmə Yuliyanı sığorta fırıldaqçılığına cəhddə günahkar hesab edərək iki il, sevgilisini isə üç il müddətinə azadlıqdan məhrum edib.
7News.Az