Dağlıq Qarabağ münaiqşəsinin həlli Ermənistan və Azərbaycanın siyasi iradəsi və onların kompromis həll yoluna getməyə nə qədər hazır olmasından asılıdır.
7News.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın "Yen Zaman” nəşrinə müsahibəsində bildirib.
"Çox şey barədə razılıq əldə olunub: Bir neçə məsələ qalıb, lakin onlar ən çətin məsələlərdir. Lakin bir şey aydındır ki, işlərin nəticələri ilk növbədə tərəflərin öz siyasi iradəsi, onların kompromis həll yoluna getməyindən asılıdır”, - deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri vurğulayıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin aktiv iştirakçısı olaraq qalmaqdadır: "ABŞ və Fransa ilə - ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə biz tərəflərə münaqişənin həlli istiqamətində yardım edirik. Ötən ilin yayında Rusya prezidentinin təşəbbüsü ilə üçtərəfli sammit də məhz buna həsr olunmuşdu”.
7News.az








