RU
Bir nəfər 19 nəfəri öldürdü, 45-ni yaraladı
10:22
1185

Bir nəfər 19 nəfəri öldürdü, 45-ni yaraladı

Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanan naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.

7News.Az “TASS” agentliyinə istinadla xəbər verir ki, yaralananlardan 20-nin vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı şəxs polisə təslim olub. Onun həmin müəssisənin əməkdaşı olduğu bildirilir. 

Hazırda baş verən hadisə ilə bağlı araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ