RU
Bir qrup qadın Bakının mərkəzində aksiya keçirdi: Şiddətə susma - FOTO
20:07
234

Bir qrup qadın Bakının mərkəzində aksiya keçirdi: Şiddətə susma - FOTO

Bu gün saat 15.00 radələrində bir qrup feminist qadın Bakının Nizami küçəsində, "Torqovı” adlanan ərazidə aksiya keçirib.

7news.az-in məlumatına görə aksiya iştirakçıları qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyib, "Şiddətə susma!”, "Şiddətə dözmə!” şüarları səsləndiriblər.

Onlar Azərbaycanın məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan İstanbul konvensiyasına qoşulmasını tələb ediblər.

Polis icazəsiz aksiyanın qarşısını alıb. Aksiyada heç bir insident baş verməyib.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ